• İyun 21, 2026
  • Redactor Neftchi
  • 0

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə “Olimpiya Ümidləri” beynəlxalq turniri keçirilib.

Azərbaycan millisi yarışda iki yaş kateqoriyasında mübarizə aparıb (U-17 və U-19).

“Neftçi” İdman Klubunun yığmamızın heyətində yer alan yetirmələrindən Səftər Məmmədzadə (+90 kq) U-19 oğlanların mübarizəsində bütun rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

U-17 qızların yarışında isə Aydan İsmayıllı (48 kq) finalda məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.