Azərbaycan İdman Akademiyasının stadionunda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı Birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin 5 medalına yiyələniblər.
Atletlərimizdən Kiril Podqorodeski hündürlüyə tullanmada 1,48 metr nəticə ilə gümüş medala layiq görülüb. Kərim Qayıbov (19,98 metr) və Xədicə Dadaşova (11,62 metr) nizə atma, Şəmsəddin Əliməmmədov hündürlüyə tullanma (1,40 metr), Emiliya Paşayeva isə uzunluğa tullanma (4,34 metr) yarışında üçüncü yeri tutublar.




