Bu gün dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində reallaşan turnirdə 10 komanda (5 kişi, 5 qadın) qalib adı uğrunda mübarizə aparıb.
Qadınlar arasında təşkil olunan yarışda SOCAR komandası turnirin gümüş medalına layiq görülüb.



