“Neftçi” basketbol komandası Şəkidən qələbə ilə dönür
Azərbaycan Basketbol Liqasında XXVII turun oyunları davam edir. “Neftçi” bu tur çərçivəsində “Şəki”nin qonağı olub. Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş komandamızın qələbəsi ilə başa çatıb – 93:77.
