“Neftçi” İdman Klubunun güləşçiləri Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü günündə daha 3 medal qazanıblar.
Yunan-Roma güləşçilərimizdən Ülvü Qənizadə (72 kq) finalda əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərid Sadıxlı (55 kq) isə yarışın bürünc medalına layiq görülüb.
Qadın güləşçilərimizdən isə Birgül Soltanova (62 kq) çempionatın bürünc mükafatına sahib olub.