Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. “Neftçi” bu mərhələdə “Sərhədçi” ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşmada komandamız rəqibinə 91:73 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.
Təmsilçimiz finalda “Xəzri” ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də saat 15:00-da keçiriləcək.