Futbol üzrə Birinci Liqada XXII turun oyunlarına yekun vurulub. “Qaradağ Lökbatan” bu tur çərçivəsində “Karvan”ın qonağı olub. Yevlax şəhər stadionunda keçirilən matç təmsilçimizin minimal hesablı qələbəsi ilə sona yetib – 1:0. Qarşılaşmada vurulan yeganə qola Mehdi Tahirov imza atıb. Futbolçumuz oyunun 51-ci dəqiqəsində rəqib komandanı meydanın mərkəzinə dəvət edib. Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 48 xalla turnir cədvəlində liderliyini davam etdirir.