Azərbaycan Basketbol Liqasında (ABL) ikinci turun növbəti oyunu keçirilib.
Cəlilabad Olimpiya İdman Kompleksində təşkil olunan qarşılaşmada “Neftçi” “Cəlilabad” komandasının qonağı olub. İnamla mübarizə aparan təmsilçimiz rəqibindən daha üstün oyun nümayiş etdirib və 90:56 hesablı qələbə qazanıb.
Görüşdə ən məhsuldar basketbolçular “Cəlilabad”dan Rişon Conson (38 xal, 8 ribaund), “Neftçi”dən isə Maykl Karter (19 xal, 4 ribaund) olub.