“Neftçi” İdman Klubunun cüdo üzrə məşqçiləri Elçin Mayılov (M3 yaş qrupu, 66 kq) və Vüqar Babayev (M2 yaş qrupu, 66 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində veteranlar arasında keçirilən dünya çempionatında uğurla çıxış edərək mükafata sahib olublar. Klubumuzun hər iki cüdo mütəxəssisi mötəbər yarışın bürünc medalına layiq görülüb.