“Neftçi” komandası Azərbaycan Basketbol Liqasının VI turu çərçivəsində bu gün “Gəncə”nin qonağı olub. Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada Anar Sarıyevin yetirmələri əzmlə mübarizə aparıblar və rəqib üzərində 85:80 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu qələbə sayəsində “Neftçi” komandası xallarının sayını 11-ə çatdırıb və turnir cədvəlinin liderlər qrupunda öz yerini daha da möhkəmləndirib.