Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XVIII turu çərçivəsində “Neftçi” “Sərhədçi” komandası ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma təmsilçimizin 73:69 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız bu oyuna qədər artıq pley-off mərhələsinə vəsiqəni təmin etmişdi və həmin mərhələdə mübarizəni davam etdirəcək.