“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında tarixi uğura imza atıb. Üçqat Avropa çempionu əzmlə mübarizə apararaq finala qədər irəliləyib. Təmsilçimiz həlledici qarşılaşmada Danil Lavrentyevi (AIN) məğlubiyyətə uğradıb. Bununla da Hidayət Heydərov Azərbaycan cüdosunun tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun digər cüdoçusu Balabəy Ağayev (60 kq) gümüş medala sahib olub.