Monteneqronun Budva şəhərində iyirmi iki yaşadək boksçular (U-22) arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan boksçuları mötəbər yarışın 2 medalını qazanıblar. İdmançılarımızdan 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Sarıyev və Murad Allahverdiyev (80 kq) qitə birinciliyinin bürünc mükafatına layiq görülüblər.