Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular (U-17) arasında keçirilən Millətlər Kuboku başa çatıb. 8 ölkənin qatıldığı beynəlxalq turnirdə ölkəmiz 13 idmançı ilə təmsil olunub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan boksçularından Rüstəm Nəsibov (50 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əli Camalzadə (57 kq) və Şükar Əliyev (80 kq) gümüş medala sahib çıxıblar. Digər təmsilçimiz Elcan Musazadə (54 kq) isə yarışı üçüncü pillədə başa vurub.
