“Neftçi” İdman Klubunun yetirməsi Ayxan Həsənli (81 kq) Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirində mükafata sahib çıxıb. Otuz beş ölkədən idmançıların qatıldığı yarışda cüdoçumuz yalnız final görüşündə məğlubiyyətə uğrayıb və Avropa Kuboku turnirinin gümüş medalına yiyələnib.

