Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyi davam edir.
Bu gün “Neftçi” İdman Klubunun sərbəst güləşçilərindən Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb.
İdmançımız bu mərhələdə rusiyalı Ramazan Abdulkadırovdan güclü olub – 7:0. Hacı Kərimov həlledici final görüşündə fransalı Bayssanqur Bitmurzayevə tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub. Digər sərbəst güləşçilərimiz – Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın əvvəlki günlərində qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) Avropa çempionu olub, Günay Qurbanova (59 kq) isə gümüş medala layiq görülüb. Yunan-Roma güləşçilərindən Ayxan Cavadlı (60 kq) və Elmin Əliyev (82 kq) nüfuzlu yarışın bürünc medalına sahib olublar.



