Boks üzrə Bakı birinciliyi keçirilib. Boks Mərkəzində baş tutan yarışda “Neftçi” İdman Klubunun yetirmələri uğurla çıxış ediblər. İdmançılarımızdan
Zaur Əmirov (54 kq) və Zirəddin Rüstəmli (66 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Yalnız həlledici finalda məğlub olan Ömər Həsənli (48 kq) və İmaməli Eyvazov (60 kq) gümüş medal qazanıblar. Paşa Əmirovla (40 kq) Ümid Hacıyev (44 kq) isə birinciliyi üçüncü pillədə başa vurublar.