“Neftçi” İdman Klubunun çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 3 medal qazanıblar. “Sea Breeze” istirahət mərkəzində baş tutan yarışda Vüsal Əliyev (80 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medala sahib olub. Digər idmançılarımız – Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) isə turniri ikinci pillədə başa vurublar.