“Neftçi” İdman Klubunun cüdoçusu Ömər Rəcəbli (81 kq) İsveçrənin Lozanna şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medala yiyələnib. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib. Rəqibini məğlub edən Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən “Böyük Dəbilqə” turniri avqustun 30-da başa çatacaq.
