• Oktyabr 7, 2026
  • Redactor Neftchi
  • 0

Bakıda, Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Bu gün “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Zelim Tçkayev (81 kq) mübarizəyə 1/16 final mərhələsindən qoşulub. O, ardıcıl olaraq Viktor Sterpunu (Moldova), Nuqzari Tatalaşvilini (Birləşmiş Ərəb Əmirlikləri), Mattias Kasseni (Belçika) və yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarı məğlub edərək finala vəsiqəni təmin edib. İdmançımız həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Güclü rəqibinə məğlub olan Zelim Tçkayev dünya çempionatının gümüş medalına sahib çıxıb.

Klubun eyni çəki dərəcəsində yarışan digər təmsilçisi Ömər Rəcəbli isə təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçi məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Abilayxan Zubanazara qalib gələrək dünya üçüncüsü olub.Xatırladaq ki, mundialın ilk günündə klubun digər yetirməsi Əhməd Yusifov (60 kq) qızıl medala sahib olmuşdu.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək mötəbər yarışda 93 ölkədən 622 cüdoçu mübarizə aparır. Azərbaycan mundialda 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur.