• Oktyabr 7, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünə start verilib. İkinci Liqa komandalarının iştirak etdiyi birinci təsnifat mərhələsinin açılış günündə iki oyun keçirilib. Günün diqqətçəkən matçında “Qaradağ Lökbatan” “Şəki” komandası ilə qarşılaşıb. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan görüş təmsilçimizin böyükhesablı qələbəsi ilə sona yetib – 12:0.

Qeyd edək ki, bu qələbə ilə növbəti mərhələyə yüksələn “Qaradağ Lökbatan” ikinci təsnifat mərhələsində “İmişli” komandası ilə üz-üzə gələcək.