On səkkiz 18 yaşadək (U-18) yeniyetmə oğlanlar arasında Azərbaycan Cüdo Federasiyası Kuboku keçirilib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda 55 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu gücünü sınayıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri turnirin iki medalına yiyələniblər. Yeniyetmə cüdoçularımızdan Əhməd Rüstəmli (60 kq) bütün rəqiblərini məğlub edərək qalib olub. Digər idmançımız Emil Eyvazov (73 kq) isə yarışı üçüncü pillədə başa vurub.