Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.”Neftçi” İdman Klubunun təmsilçiləri yarışın ilk günündə 2 bürünc medala sahib olublar. Cüdoçularımızdan Balabəy Ağayev (60 kq) üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib. 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsində yer alıb. O, bürünc medal uğrunda qarşılaşmada italiyalı Matteo Pirası məğlub edib.