“Neftçi” İdman Klubunun cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar. Yarışın sonuncu günündə daha iki idmançımız fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala layiq görülüblər. Xatırldaq ki, yarışın ilk günündə klubun digər cüdoçuları Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.