Avstraliyanın Pert şəhərində cüdo üzrə Açıq Okeaniya turnirinə start verilib.
“Neftçi” İdman Klubunun cüdoçuları yarışın ilk günündə 1 bürünc medala sahib olublar. Əlli iki kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva qadınlar arasında təşkil olunan yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində çıxış edən digər xanım cüdoçumuz Gültac Məmmədəliyeva isə 5-ci olub.