“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Könül Əliyeva Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kubokunda əzmlə çıxış edərək qızıl medala sahib olub. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız həlledici final görüşündə yığma komandamızın digər üzvü Fəridə Mirzəyevaya qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.