“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” Bakı çempionatında daha bir qələbə qazanıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kiçikyaşlı fufbolçularımız “Azəri” komandasına 6:3 hesabı ilə qalib gəliblər. Futbolçularımızdan Qasım Məmmədzadə het-trik edib. Nurlan Cabbarov, Həmid Osmanov və Yusif Nəbizadə isə hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.