“Neftçi” İdman Klubunun cüdoçusu Məhəmməd Rüstəmli Gürcüstanın Telavi şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışında böyük uğura imza atıb. Əlli kiloqram çəki dərəcəsində çıxış edən idmançımız inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və mötəbər yarışın qızıl medalına sahib olub.