“Neftçi” İdman Klubunun yeniyetmə cüdoçusu Mehdi Abbasov Latviyanın paytaxtı Riqada keçirilən Avropa kuboku yarışında mükafata layiq görülüb. Səksən bir kiloqram çəki dərəcəsində çıxış edən idmançımız fəxri kürsünün üçüncü pilləsində yer alıb.