“Neftçi” İdman Klubunun uşu-sandaçısı Orxan Hətəmov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan Dünya Kombat Oyunlarında uğurla çıxış edib. Əlli altı kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz nüfuzlu yarışın bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, dörd ildən bir keçirilən Dünya Kombat Oyunlarında 80 ölkədən 1700-ə yaxın idmançı bacarığını nümayiş etdirir.