“Neftçi” İdman Klubunun atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medala sahib olub. 109 kiloqram çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətdə gümüş qazanıb. O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.Toplam 388 kiloqram (177+211) nəticə gösərən idmançımız yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.