Futbol üzrə Birinci Liqada XXI turun oyunları keçirilib.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Zaqatala” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşmada təmsilçimiz növbəti qələbəsini qazanıb. Komandamız rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Qaradağ Lökbatan”ın heyətində Jozef Akyam (79′) və Xəlil Bəşirov (85′) adlarını tabloya yazdırıblar.Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 45 xalla turnir cədvəlinə liderlik edir.