• Sentyabr 5, 2026
  • Redactor Neftchi
  • 0

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında “Neftçi” İdman Klubunun yetirməsi Süleyman Şükürov əzmlə mübarizə apararaq qızıl medala sahib olub. Doxsan kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz finalda almaniyalı Konstantin Distelə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Bununla da Süleyman Şükürov karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl klubumuzun digər idmançısı Məhəmməd Musayev (66 kq) də çempionatın qızıl medalına yiyələnmişdi.