“Neftçi” İdman Klubunun paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində təşkil olunan açıq Avropa çempionatında qızıl medala sahib olub. Paralimpiyaçımız yarışın üçüncü günündə 100 metr məsafəyə brass üsulu ilə üzmədə bu uğura nail olub.
Xatırladaq ki, klubumuzun digər paraüzgüçüsü Raman Saley nüfuzlu yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmədə Avropa çempionu olub, ikinci günündə isə eyni məsafəyə kəpənək üsulu ilə üzmədə gümüş medala layiq görülüb.