Futbol üzrə Birinci Liqada XXIII turun oyunlarına start verilib. Bu turda “Qaradağ Lökbatan” MOİK komandası ilə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənib – 1:1. Təmsilçimizin yeganə qoluna oyunun 32-ci dəqiqəsində Xəlil Bəşirov imza atıb.