• Fevral 22, 2026
  • Redactor Neftchi
  • 0

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində VII turun oyunlarına yekun vurulub.

D qrupunda yer alan SOCAR komandası bu tur çərçivəsində “Azerfloat” QSC-nin kollektivi ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında təşkil olunan görüşdə təmsilçimiz rəqibini 6:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, keçirdiyi bütün oyunları qələbə ilə başa vuran SOCAR komandası hazırda 21 xalla turnir cədvəlinin lideridir.