3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının “Sea Breeze”də keçirilən mərhələsində 1/4 finala vəsiqə qazanıb. B qrupunda yer alan təmsilçimiz İspaniyanın “Arrasate Ointxe” klubunu (12:10) və Çinin “Yanjinq” kollektivini (21:13) məğlubiyyətə uğradaraq buna nail olub.
Qeyd edək ki, 16 komandanın mübarizə apardığı turnirdə 1/4, yarımfinal və final oyunları avqustun 16-da təşkil olunacaq.
