Avqustun 15-16-da Bakıda, “Sea Breeze” istirahət mərkəzində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Turnirdə 16 komanda mübarizə aparacaq. Yarışda Azərbaycan, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin və “Arrasate Ointxe” (İspaniya) komandaları çıxış edəcəklər.Avqustun 15-də qrup mərhələsinin oyunları baş tutacaq. B qrupunda yer alan “Neftçi SOCAR” saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” klubu ilə qarşılaşacaq. Təmsilçimiz qrupdakı digər görüşünü isə saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq.
