Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa Çempionatına start verilib.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Əhməd Yusifov (60 kq) yarışın ilk günündə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı, klubumuzun digər idmançısı Balabəy Ağayevi məğlub edib.
Qeyd edək ki, Avropa Çempionatına aprelin 19-da yekun vurulacaq.

