Futzal üzrə Yüksək Liqada V turun oyunları keçirilib.
“Neftçi” bu turda “Yasamal Bakı” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında gerçəkləşən görüşdə təmsilçimiz rəqibini darmadağınla məğlub edib – 12:4.
Komandamızın qollarına Amir Şojaei (3:45), Namiq Məmmədkərimov (8:02), Tofiq Məlikov (8:56 (ö/q)), Vahib Xocayev (24:30), Mirzə Əmirov (26:47), Reza Abqoun (27:55, 28:22, 28:29, 34:30, 36:01), Şahbaz Həndəmli (32:31) və Ülvi Əliyev (37:18) imza atıb.