Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə çempionatı keçirilib.

Akrobatika gimnastikası üzrə yarış proqramına uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kompozisiyalar – balans, temp və qarışıq hərəkətlər daxil olub.

“Neftçi” İdman Klubunun kiçikyaşlı gimnastları uşaqlar arasında keçirilən akrobatika gimnastikası üzrə qadın cütlüyü proqramında mükafata layiq görülüblər. Təmsilçilərimiz Mədinə Bağızadə və Dəfnə İsazadədən ibarət cütlük çempionatın bürünc medalına sahib olub.