Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun qadın güləşçiləri yarışda uğurla çıxış edərək iki gümüş medal qazanıblar. Xanım idmançılarımızdan Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoya (6:16), Ruzanna Məmmədova (59 kq) isə həlledici görüşdə eyni ölkənin təmsilçisi Sae Noquçiyə (1:3) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Xatırladaq ki, daha əvvəl klubun yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Elmin Əliyev (82 kq) isə bürünc medala layiq görülüb.
