• Avqust 10, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Yon Kornianu & Ladislav Simon” turnirində 3 qızıl medal qazanıblar. Memorialda güləşçilərimizdən Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq) və Qurban Qurbanov (87 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.