Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasına yekun vurulub.
Bir həftə davam edən turnirdə şahmatçılar iki yaş qrupu üzrə mübarizə aparıblar. On bir turdan ibarət olan yarışda A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 və daha kiçik yaşlı şahmatçılar bacarıqlarını nümayiş etdiriblər.
“Neftçi” İdman Klubunun yetirməsi Mehin Əliyeva uğurla çıxış edərək 10 və daha kiçik yaşlı qızlar arasında Respublika Şahmat Olimpiadasının qalibi olub.
