• Mart 23, 2024
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS-2024 beynəlxalq turnirində qızıl medala yiyələnib. İdmançımız oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.