“Neftçi” İdman klubunun atleti Lamiyə Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda lisenziya xarakterli beynəlxalq turnirdə bürünc medala yiyələnib. İdmançımız 60 metr məsafəyə qaçışda 7.67 saniyə nəticə göstərərək bu uğura imza atıb.Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.