Bakı İdman Sarayında keçirilən qraplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçisi Nizami Qafarov nüfuzlu turnirin mükafatçıları arasında yer alıb. Yüz otuz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız böyüklər arasında təşkil olunan yarışda bürünc medal qazanıb. Bu, böyüklərdən ibarət millimizin əldə etdiyi yeganə medal olub.