Futbol üzrə II Liqada XXV turun oyunlarına yekun vurulub.
Tur çərçivəsində “Qaradağ Lökbatan” bu gün “Dinamo” ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən görüş komandamızın 5:2 hesablı qələbəsi ilə sona çatıb.
Futbolçularımızdan Ramil Orucov (29), İsa Zeynallı (56), Ayaz Mikayılov (65) və İlham Hüseynov (82, 86) rəqib qapısına yol tapıblar.
