“Neftçi” İdman Klubunun təmsilçisi İsa Rüstəmov (71 kq) Gürcüstanın Batumi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa Çempionatında gümüş medala sahib olub. İdmançımız birdənqaldırma hərəkətində 147 kiloqram ağırlığın öhdəsindən gələrək fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, İsa Rüstəmov təkanla qaldırma hərəkətində 180 kq nəticə göstərərək dördüncü olub. O, toplamda da yarışı 327 kq nəticə ilə dördüncü sırada başa vurub.