• Sentyabr 4, 2026
  • Redactor Neftchi
  • 0

Kadet boksçular (U-15) arasında keçirilən Azərbaycan Kubokunun qalibləri müəyyənləşib. Dörd gün davam edən yarışda 39 komandadan 97 idmançı 17 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə uğurla çıxış edən “Neftçi” İdman Klubunun boksçuları ümumilikdə 11 medal qazanıblar.Onlardan Müslüm Ələkbərov (46 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mustafazadə (40 kq), İbrahim Abasov (44 kq), İbrahim Hümbətli (50 kq) və Şakir Nəcəfov (63 kq) yarışı gümüş medalla başa vurublar. Hüseyn Xəlilzadə (48 kq), Əli Əliyev (57 kq), Nicat Qəhrəmanlı (66 kq), Fuad Həmidli (70 kq), Elşən Hüseynov (80 kq) və İbrahim Tarverdiyev (90 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, turnirin qalibləri oktyabrda Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa birinciliyində Azərbaycan millisinin heyətində ölkəmizi təmsil edəcəklər.